Azərbaycanda əmisini qətlə yetirməkdə ittiham olunan Bahadur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesi başlayacaq.
İttihama görə, hadisə bu il aprelin 20-də baş verib.
Laçın rayonu, Fingə kənd sakini Bahadur İsmayılov əmisi Əşrəf İsmayılovla mübahisə edib.
Mübahisə zamanı o, dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə Əşrəf almış olduğu xəsarətlərdən həmin gün xəstəxanada ölüb.
Faktla bağlı Laçın rayon Prokurorluğu tərəfindən Bahadur İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:36 / 08.08.2022
Əmisini qətlə yetirən Laçın sakini MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Əmisini qətlə yetirən Laçın sakini MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Əmisini qətlə yetirən Laçın sakini MƏHKƏMƏ QARŞISINDA
87461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.