Polis rəisinin Tovuzda törətdiyi ağır QƏZA - 26 yaşlı gənc öldü ​​​​​​​

Hazırda oxunan: Polis rəisinin Tovuzda törətdiyi ağır QƏZA - 26 yaşlı gənc öldü ​​​​​​​

87449

Bakı-Qazax magistral yolunun Tovuz rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ədalət Sadıqov idarə etdiyi "KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən, piyada Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Əldə olunan ilkin məlumata görə, qəzanı törədən Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisidir.

Xəbəri DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib.

Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin