Xankəndində general Volkova qarşı ermənilərin üsyanı başladı

Hazırda oxunan: Xankəndində general Volkova qarşı ermənilərin üsyanı başladı

87377

Son günlər Qarabağda yaşanan gərginlik və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilən “Qisas əməliyyatı”ndan sonra Rusiyanın məsuliyyət zonasında, xüsusən də Xankəndində Rusiya sülhməramlı qüvvələrinin komandanlığına etirazlar artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, dünən Xankəndinin mərkəzi meydanında Rusiya sülhməramlı qüvvələrinin “hərəkətsizliyinə” qarşı növbəti etiraz aksiyası keçirilib. İştirakçılar komandanlıqdan Rusiya sülhməramlılarının kontingentinin Qarabağdan çıxarılmasını tələb ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Qarabağdan olan erməni qaçqınlar Rusiya və Fransanın İrəvandakı səfirlikləri qarşısında eyni tələblərlə etiraz aksiyaları keçirərək, Fransanı bölgəyə qoşun yeritməyə çağırıblar.
Xankəndində isə özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran bir qrup erməni Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Volkovla görüşüb.

“Öz işinizlə məşğul olun, əks halda hərəkətlərimizi dəyişəcəyik”, - etirazçılardan biri Qayane Arustamyan deyib.

Görüşdə iştirak edən və etiraz aksiyasına rəhbərlik edən qondarma “Dağlıq Qarabağ İnqilab Partiyası”nın sədri Artur Osipyan bildirib ki, rusiyalı generalın sözləri onlarda ümid yaratmayıb.

“Dünən onlardan Qarabağa sülhün gəlməsi üçün bizi inandıracaq heç nə eşitmədik”, - Osipyan qeyd edib.

Müxalifətçi vurğulayıb ki, iştirakçılar sülhməramlı qüvvələrin komandanından heç bir aydın təminat almadıqları üçün görüşdən narazı qalıblar.

“Belə çıxır ki, sülhməramlıların burada layiqli sülhü qorumaq üçün nə imkanı, nə gücü, nə də səlahiyyəti var. Sülhməramlıların gücü yalnız özlərini qorumağa çatır”, - Osipyan bildirib.
Qeyd edək ki, Azərbaycan ordusunun Kəlbəcər və Laçında həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Ermənistanda və Qarabağda müvəqqəti yaşayan ermənilər arasında Rusiya sülhməramlı qüvvələrinə və ümumilikdə Moskvaya qarşı etirazlar artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin