Moderator.az-ın verdiyi xəbərə görə, İtalyanın cənub-şərqindəki Bari şəhəri yaxınlarındakı hava fişəngi fabrikində meydana gələn partlamada 7 nəfər ölüb. Bari yaxınlarındakı Modugnoda hava fişəngi istehsal edilən fabrikdə günorta saatlarında şiddətli partlama meydana gəlib. İtalyan mətbuatına əsasən verilən xəbərlərdə, partlamada ilkin məlumatlara görə 7 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Partlamanın ardından hadisə yerinə çox sayda xilasetmə, polis və təcili yardım sövq edilib. Fabrikə böyük ziyan vuran hadisənin, hava fişənglərinin sınandığı zaman yaşandığı və partlamaların bir saat boyunca davam etdiyi bildirilib. Partlayışlar ətrafda olan yaşayış yerlərində də hiss olunub.

- A-
- A
- A+
Cəmiyyət
12:19 / 25.07.2015
İtaliyada hava fişəngi fabrikində partlayış
Hazırda oxunan: İtaliyada hava fişəngi fabrikində partlayış
Hazırda oxunan: İtaliyada hava fişəngi fabrikində partlayış
87371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































