Ötən gün Siyəzənin Çarxana kəndində 10 yaşlı uşağın uzunqulaq dişləməsi barədə məlumat vermişdik.
Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin rəhbərliyi ilk tibbi yardım göstərildikdən və uşağa quduzluğa qarşı vaksin vurulandan sonra Mərkəzi Klinik Mərkəzə göndərilməsini təmin edib.
İndi isə ortaya belə sual çıxır: “Uşağı dişləyən və ağır xəsarət yetirən heyvan quduz ola bilərmi?”.
Bizim.Media xəbər verir ki, sualla bağlı Siyəzən RİH başçısının Sədan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Zeynalova müraciət etdik.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə azyaşlını uzunqulaq DİŞLƏDİ - Ağır xəsarətlər aldı - FOTO
Fərid Zeynalov məlumat verdi ki, uşağı öz həyətlərində ailənin saxladığı uzunqulaq dişləyib.
Heyvanın quduz olub-olmamasını rayon Heyvan Sağlamlığı və Baytar Xidmətləri idarəsinin əməkdaşları müəyyən etməlidirlər. Uşaq Bakıya aparıldığından ailə evdə deyil, sahibi bu gün gəlməlidir, ondan sonra baytarlar heyvanın quduz olub-olmamasını araşdıra bilərlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:21 / 07.08.2022
10 yaşlı uşağı dişləyən uzunqulaq quduz ola bilərmi?
Hazırda oxunan: 10 yaşlı uşağı dişləyən uzunqulaq quduz ola bilərmi?
Hazırda oxunan: 10 yaşlı uşağı dişləyən uzunqulaq quduz ola bilərmi?
87363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.