Gəncə avtovağzalındakı xaos kimlərə sərf edir? -FOTOLAR

Hazırda oxunan: Gəncə avtovağzalındakı xaos kimlərə sərf edir? -FOTOLAR

87333
Gəncə şəhərindəki yeni avtavağzalda yaşanan xaosla bağlı Moderator.az - a şikayət daxil olub. 

İddia olunur ki, avtovağzal Qazax - Bakı magistralının düz kənarında yerləşdiyindən günün əksər saatlarında bu yolun hərəkət hissəsində taksi fəaliyyəti göstərənlərin avtomobili qanunsuz park etməsi üzündən demək olar ki, hər gün qəza şəraiti yaradılır. 

Bildirilir ki, avtovağzal rəhbərliyi hər gün Bakıya işləyən onlarla "VİTA" mikroavtobusunu və yüzlərlə minik avtomobilini vağzalın ərazisinə buraxmasa da demək olar ki, yolun içində ikinci avtovağzal fəaliyyət göstərir, baxmyaraq ki, ərazidə bir neçə müşahidə kamerası var və hər şey şəhər rəhbərliyinin, daha doğrusu, burdakı xaosdan külli miqdarda pul qazananların gözləri önündə baş verir.
Bildirilir ki, baş verənlərə görə Gəncə polisinin post patrul xidməti məsuliyyət daşıyır və onlar təmənna qarşılığında avtavağzalın yanındakı yolun ortasından yer ayırıb yüzlərlə maşının qeyri - qanunu sərnişin daşımasına şərait yaradırlar. 
İddialara görə ərazidə qanunsuz sərnişin daşımaqla məşğul olan VİTA sürücüləri ay ərzində orada xidmət aparan post patrul xidmətinin komandirinə 800 manat haqq verirlər. O da bildirilir ki, Gəncə Şəhər Polis İdarəsinin rəisi Faiq Şabanov avtovağzal ərazisindəki hər an qəza şəraiti yaradan qanunsuz sərnişindaşımanın ləğv edilməsiylə bağlı dəfələrlə göstəriş versə və özü şəxsən bir neçə dəfə əraziyə gələrək qəti xəbərdarlıq etsə də üsütndən bir ay keçməmiş hər şey yenidən təkrarlanır. 

Bu azmış kimi avtavağzalın cölündən cıxan "VİTA"ların və digər minik avtomobillərinin qanunsuz parklanması və onların dövlət əhəmiyyətli magistral yolun hərəkət hissəsində sıxlıq yaratmaları Gəncə DYP boslarının da gözünün qarşısnda baş versə də tədbir görülmür. Əgər tədbir görülmürsə deməli, bu vəziyyət onlara da sərf edir, yəni əl əli yuyur, əl də üzü...
Mövzuya qayıdacağıq və ümid edirik ki, Gəncə polisinin rəhbərliyi avtovağzaldakı anarxiya və özbaşınalılğı birdəfəlik aradan qaldırmaq üçün nəhayət kəsərli tədbirlər görəcək, ölkənin ikinci paytaxtı haqqında neqativ rəy formalaşmasına imkan verməyəcək.
Gəncə avtovağzalındakı xaos kimlərə sərf edir? <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7215.jpg">Gəncə avtovağzalındakı xaos kimlərə sərf edir? <i style=-FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7216.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin