Azərbaycanın iki hərbçisi ordu sıralarından xaric edilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
"Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək", - məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 06.08.2022
Müdafiə Nazirliyi: Bu hərbçilər Azərbaycan Ordusundan xaric edildi
Hazırda oxunan: Müdafiə Nazirliyi: Bu hərbçilər Azərbaycan Ordusundan xaric edildi
Hazırda oxunan: Müdafiə Nazirliyi: Bu hərbçilər Azərbaycan Ordusundan xaric edildi
87308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.