Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti AÇIQLANDI 

87288

Xırdalanda baş verən partlayışda xəsarət alan şəxslərdən ikisinin vəziyyəti hələ də ağır stabil olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova açıqlama verib.

Məlumata görə, şəxslər Nərimanov Tibbi Mərkəzinin Yanıq şöbəsində həkim nəzarətindədirlər.

Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə Klinik Tibbi Mərkəzə yerləşdirilib. KTM avqustun dördündə şəxslərin səhhətində ciddi problem olmadığına görə onları evə buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin