Kəlbəcərdə minaya düşən 25 yaşlı Azərbaycan Ordusunun hərbçisi Babək Əliyevin cənazəsi artıq Naxçıvan hava limanına çatıb.
Bizim.Media xəbər verir ki, doğulduğu Culfa rayonunun Ləkətağ kəndinin sakinləri cənazəni qarşılamaq üçün yollara çıxıblar.
MÖVZU İLƏ BAĞLI:
Ötən gün Kəlbəcərdə minaya düşən hərbçimizlə bağlı YENİ XƏBƏR
Məlumata görə, Babək Əliyevin bir neçə ay əvvəl nişan mərasimi olub. Onun bir neçə aydan sonra toyu olacaqdı.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu