DİN-dən ƏMƏLİYYAT: Qanunsuz silah-sursat aşkarlandı

Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT: Qanunsuz silah-sursat aşkarlandı

87251

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən rayon sakini müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və 2 patron darağı, eləcə də 1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin