Keçmiş elektrik stansiyasının binası indi “Daş salnamə”x9d muzeyidir
...Divarlarının qalınlığı bir metrdən çox olan bu qədim,əzəmətli daş binanın yüz ildən də artıq yaşı olduğunu indi yalnız fəhmlə müəyyənləşdirmək olar: o da məhz divarın qorunub saxlanılan və bərpa edilən tarixi görkəminə əsasən... Ötən əsrin əvvəllərində Bakının neft mədənlərini və onların sahiblərinin evlərini elektrik enerjisi təchiz edən ilk elektrik stansiyalarından biri burada yerləşib. Yüz ildən sonra möhkəm özüllü bu bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə xaqlqımızın ən qədim tarixi yadigarlarının ”“ daş kitabələrin daimi məkanına, nümayiş salonuna çevrilib.
Bakının neft sahibkarlarının təsis etdikləri “Elektrik gücü”x9d Səhmdar Cəmiyyətinin 1901-ci ildə inşa etdirdiyi binada qurulmuş elektrik stansiyası əvvəlcə 2000 at gücündə (təxminən 2 MVt) olub. Bolşevik inqilabından sonra dövlət mülkiyyətinə keçən stansiyada, sovet hökumətinin məşhur QOELRO planına uyğun olaraq, yenidənqurma işləri aparılıb, yeni turbin generatorları quraşdırılıb və qaz yanacağından istifadə edilməyə başlanılıb. Sonralar bolşevik inqilabçı L.Krasinin adı verilmiş müəssisə covet hakimiyyətinin süqutunadək bu adla fəaliyyətdəolub və elə həmin dövrdə də istismar müddətini başa çatdıraraq, rekonstruksiya edilib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından yalnız tarixi yadigar kimi saxlanılan, yararsız vəziyyətdə olan binanın Prezident İlham Əliyevin göstərişi əsasında Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri çərçivəsində əsaslı təmiri ona yeni həyat verib. İnşaat sektorunda on ildən artıq iş təcrübəsi olan yerli “Azimport”x9d şirkətinin bacarıqlı mühəndis və ustalarının diqqətlə və zövqlə apardıqları tikinti-təmir və abadlaşdırma işləri nəticəsində bu əzəmətli bina öz tarixi memarlıq xüsusiyyətlərini saxlamaqla, “Daş salnamə”x9d muzeyikimi müasir arxitektira nümunəsi olan Dövlət Bayrağı Meydanı kompleksinin tərkib hissəsinə çevrilib. Birinci Avropa Oyunları ərəfəsində, iyunun 9-da Prezident İlham Əliyevin, onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə muzeyin açılışı olub.
Hazırda paytaxtın çoxsaylı sakinlərinin və qonaqlarının tez-tez qonaq olduqları "Daş salnamə" sərgisinin ekspozisiyası Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətlərini özündə qoruyub saxlayan daş plastikanın bir çox növlərini əhatə edir. Ekspozisiyaya "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Burada respublikamızın müxtəlif guşələrində aşkar edilmiş, funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyalarının, rta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verən sənduqələrin və başdaşılarının nümunələri də yerləşdirilib.
Muzeyi gəzdikcə tarixin daş yaddaşına hopmuş mənəvi dəyərlərimizdən hədsiz qurur duyur, bu layihənin müəlliflərinə və icraçılarına gördükləri işə görə dərin minnətdarlıq hissi keçirirsən. Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə nümayiş etdirən, vaxtilə elektrik stansiyası olmuş muzey binası yenə öz ilkin missiyasına sadiqdir: bu dəfə o qəlbimizə və yaddaşımıza milli mənəvi dəyərlərimizin işığını, nurunu çatdırır...
Elxan Salahov

































































































