ADP Türkiyə səfirliyinə başsağlığı məktubu göndərdi

Hazırda oxunan: ADP Türkiyə səfirliyinə başsağlığı məktubu göndərdi

87060
Moderator.az-ın verdiyi xəbərə görə, ADP Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cənab İsmail Alper Coşkuna başsağlığı məktubu göndərib.

Məktubda 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara Mədəniyyət Mərkəzinin həyətində terror hadisəsi nəticəsində çoxsaylı insan ölümü və bu hadisədən sonra da insan tələfatı ilə nəticələnən terror hadisələri ilə bağlı qardaş Türkiyə xalqına başsağlığı verilir.

Azərbaycan Demokrat Partiyasının terroru şiddətlə qınadığı, dünyanın harasında olursa-olsun dinc insanların zərər görməsini, həyatlarını itirməsini lənətlədiyi ifadə edilib.

Məktubda terror hadisəsi zamanı faciəli şəkildə həlak olan insanların yaxınlarına və əzizlərinə Allahdan səbr dilənilib, qardaş Türkiyə xalqının bir daha bu cür dəhşətli faciələrlə üzləşməyəcəyinə ümidlər ifadə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin