Dəniz bioloji resurslarının öyrənilməsinə dair MONİTORİNQ

Hazırda oxunan: Dəniz bioloji resurslarının öyrənilməsinə dair MONİTORİNQ

87030

Dəniz bioloji resurslarının öyrənilməsinə dair monitorinq keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.

Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə keçirilən kompleks ekoloji monitorinqlər zamanı götürülmüş plankton, zoobentos nümunələrinin laborator analizləri balıqların təbii yem bazasını, nərəcinsli və digər qiymətli balıq növlərinin populyasiya sayını və vətəgə ehtiyatını təyin etməyə imkan yaradacaq.

Onun sözlərinə görə, tədqiqatların nəticələrinin müqayisəli təhlili əsasında Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozları müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin