Azərbaycanda maskalı şəxs evə basqın etdi - Od vurdu 

Hazırda oxunan: Azərbaycanda maskalı şəxs evə basqın etdi - Od vurdu 

86977

Azərbaycanda maskalı şəxs evə basqın edib.

Bizim.Media xəbər verir ki, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini Sevinc Süleymanovaya məxsus evə girən maskalı şəxs qadını döyərək evdən 40 min manat pul və külli miqdarda qızıl götürüb.

Maskalı şəxs daha sonra evə od vuraraq qaçıb.

Lent.az-ın məlumatına görə, hadisə yerinə polis əməkdaşları gəlib. Ev sahibinə təcili yardım göstərilib.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin