Şuşanın Sarıbaba kəndində yaşayan ermənilər: “Sülhməramlılar bizi aldatdılar” - FOTO

Hazırda oxunan: Şuşanın Sarıbaba kəndində yaşayan ermənilər: “Sülhməramlılar bizi aldatdılar” - FOTO

86936

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən Azərbaycanın Qarabağ bölgəsinin Şuşa rayonunun Sarıbaba kəndinin sakinləri rus hərbçilərinin guya onları aldatması ilə bağlı jurnalistlərə şikayət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiousu”nun erməni xidməti yayıb.

Sarıbaba kənd sakinlərindən birinin dediyinə görə, “müdafiə ordusu”nun bölmələri (Qarabağdakı erməni quldur dəstələrinin qalıqları) kənd üzərində dominant mövqelər tuturdular. 

“Sonradan Rusiya sülhməramlıları onları bu mövqeləri tərk etməyə inandırdılar. Əmin etdilər ki, özləri təhlükəsizliyi təmin edəcəklər, lakin sülhməramlılar burada mövqe tutmadılar. Bu, azərbaycanlıların həmin postları tutmasına şərait yaratdı”, - deyə kişi bildirib.

O, qeyd edib ki, kənd sakinləri üç tərəfdən Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alınıb. Bununla yanaşı, jurnalistlərin həmsöhbətləri Fərruxdakı vəziyyətlə paralellər aparmağa çalışıblar:
“Sülhməramlılar erməni əsgərlərini getməyə məcbur edirlər, əvəzində isə özləri yox, azərbaycanlılar gəlirlər.

Bu yüksəklikdən bütün kəndi görmək olar. Türklər (azərbaycanlılar - red.) indi gəlib postlarını qurublar. Biz ruslara deyirik ki, niyə heç nə etmirsiniz, cavab verirlər ki, heç nə edə bilmərik, belə sifariş gəlib”.

Xatırladaq ki, Sarıbaba dağının adından götürülən Sarıbaba kəndi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənddə ermənilər məskunlaşdıqdan sonra Yextsahoq adlandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin