Azərbaycan Ukraynaya növbəti HUMANİTAR YARDIM göndərdi - FOTO

Hazırda oxunan: Azərbaycan Ukraynaya növbəti HUMANİTAR YARDIM göndərdi - FOTO

86935

Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərib.

Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla, ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları-konservlər, dənli bitkilər, quru qidalar, çay və s. daxildir.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Adil Tağıyevin sözlərinə görə, Azərbaycan və Ukrayna arasında uzunmüddətli dostluq münasibətləri var.

Gəncənin Ukraynanın bir çox şəhərləri, sənayə müəssisələri, mədəniyyət mərkəzləri ilə geniş əlaqələri mövcuddur: 

“Bu əlaqələr xətti üzrə köməyə ehtiyac barədə istəkləri olub. Biz qədirbilən, dostsevən gəncəlilər bu çağırışa biganə qala bilməzdik. Ona görə bu gün Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilir”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin