Xırdalandakı partlayışda xəsarət alanlardan 1 nəfər evə buraxıldı – RƏSMİ  

Hazırda oxunan: Xırdalandakı partlayışda xəsarət alanlardan 1 nəfər evə buraxıldı – RƏSMİ  

86918

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. 

Bu barədə TƏBİB-dən Bizim.Media-ya verilən məlumatda bildirilir.  

Məlumatda qeyd olunur ki, iki nəfərin isə baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir.

Hazırda onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin