Şəhidin anasının ölüm xəbərilə bağlı DİN-dən AÇIQLAMA  

Hazırda oxunan: Şəhidin anasının ölüm xəbərilə bağlı DİN-dən AÇIQLAMA  

86900

Ötən gün Laçın istiqamətində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovun anasının ölümü ilə bağlı məlumatlar yayılıb.  

Sosisal şəbəkələri bürüyən xəbərlərdə ananın oğlunun ölümünə dözməyərək ürəyi dayandığı və dünyasını dəyişdiyi bildirilib.  

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə yaratdıq.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə şəhid əsgərin vida mərasimi keçirilir - FOTO


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında faktın təsdiqini tapmadığını və ananın sağ olduğunu qeyd edib.  

Xatırladaq ki, ötən gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır.

Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hazırda Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin