Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsində araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı FHN-in Mətbuat Xidməti yayıb.
Qeyd edilib ki, hadisənin baş vermə səbəbinin və dəymiş ziyanın müəyyən olunması üçün müvafiq ekspertizalar təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO
Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bizim.Media