TƏBİB: Xırdalandakı partlayış zamanı yaralananlar var

Hazırda oxunan: TƏBİB: Xırdalandakı partlayış zamanı yaralananlar var

86854

Xırdalan şəhərində yaşayış binasındakı partlayışdan sonra TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO


Hazırda onların vəziyyəti ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin