Azərbaycan ərazisində iş və xidmətlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər götürülür.
Bizim.Media-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Opreativ Qərargah qərar verib.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 16.01.2021
Bu xidmətlərə icazə verildi - SİYAHI
Hazırda oxunan: Bu xidmətlərə icazə verildi - SİYAHI
Hazırda oxunan: Bu xidmətlərə icazə verildi - SİYAHI
8669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.