Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli Rayon Mərkəzi Xəstəxanası yayıb.
MÖVZU İLƏ BAĞLI:
Füzulidə 3 nəfər minaya düşdü – Birinin sağ ayağı amputasiya olundu
Mənbə qeyd edir ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:
"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Apa.az-ın məlumatına görə, hal-hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir”.
Bizim.Media