Gəncədə sahibkar qadın şəriki tərəfindən təhdid edildi

Hazırda oxunan: Gəncədə sahibkar qadın şəriki tərəfindən təhdid edildi

86565

Gəncə şəhərində biznes fəaliyyəti ilə məşğul olan Zülfiyyə Ağayeva biznes şəriki Allahverdi adlı şəxs tərəfindən təhdid olunub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Zülfiyyə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verib. 

Zülfiyyə bildirib ki, Allahverdi “Gəncə” yanacaq doldurma məntəqəsinin qarşısında “Suzuki” markalı avtomobili ilə onun “Mercedes” markalı avtomobilinin qarşısını kəsib. Allahverdi onu nalayiq küçə sözləri ilə təhqir edib, ailə üzvləri ilə təhdid edib. 

Allahverdi izahatında bildirib ki, Zülfiyyəni təxminən 2 aydır tanıyır:

“Həmin vaxtlarda Zülfiyyənin işlətdiyi çörək sexində ona köməklik etmişəm. Çörəkləri mağazalara paylayıb və pulunu Zülfiyyəyə vermişəm. Sonradan Zülfiyyə başqa yerdə obyekt götürərək şərikli təndir çörəyi bişirilən sex açmağı təklif etdi. Mən də razılaşdım”. 

Allahverdinin bildirdiyinə görə, Zülfiyyə təndir çörəyi bişirilən sexin açılması üçün 1300 manat pul lazım olduğunu bildirib: “Mən də həmin pulu bir dəfəyə verməyə imkanımın olmadığını bildirdim. Sonra aramızda obyektlə bağlı narazılıq yarandı və Zülfiyyə mənə bir daha çörək bişirilən yerə gəlməməyimi bildirdi. Mən də Zülfiyyədən xərclədiyim 1300 manatı tələb etdim. İyulun 26-da Zülfiyyə telefoma cavab vermədiyindən onun idarə etdiyi avtomobilin arxasınca sürdüm, onun saxlamasını bildirdim. Zülfiyyə isə avtomobilini saxlamadı. Bundan sonra “Gəncə petrol” yanacaq doldurma məntəqəsinin yanında saxlayaraq nə istədiyimi soruşdu. Zülfiyyə yumruqla avtomobilimə zərbə vuraraq məni təhqir etdi. Mən də əsəbiləşərək onu söydüm”.

Zülfiyyə qeyd edib ki, çörək sexi işlədir və Allahverdi isə bişirilən çörəkləri mağazalara paylamağı təklif edib:

“Mən də onun təklifi ilə razılaşdım. Bundan sonra Allahverdi həmin işlə məşğul oldu. Bir müddət sonra işçilər Allahverdidən, Allahverdi isə işçilərindən narazılıq etməyə başladı. Bütün narazılıqları birtəhər yoluna qoydum. Allahverdiyə işçilərin işinə müdaxilə etməməsini tapşırdım”.

Zülfiyyənini sözlərinə görə, bir müddət sonra Allahverdinin onun barəsində xoşagəlməz sözlər işlətdiyini, guya onunla yaxın münasibətdə olduğunu dediyini eşidib:

“Bundan əsəbiləşərək Allahverdiyə onunla hər hansı şəriklik etmək istəmədiyimi, bir daha da işlətdiyim çörək sexinə gəlməməsini bildirdim və onunla əlaqəni kəsdim”. 

Zülfiyyə daha sonra ifadəsində məlum hadisədən danışıb. O, Alahverdinin hərəkətlərindən polisə şikayət etdiyini deyib. Allahverdinin barəsində inzibati qaydada iş qaldırılıb və baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib. 
Məhkəmə Alahverdinin 5 gün müddətində inzibati qaydada həbs olunması barədə qərar qəbul edib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin