Mingəçevirdə içkili kişi gecə yarısı bütün xidmətləri yaşadığı binanın həyətinə yığıb.
Bizim.Media-nın məlumatına görə, hadisə Nizami küçəsi-5 ünvanında baş verib. Həmin binanın 48 saylı mənzilində güclü tüstülənməni müşahidə edən qonşular Fövqaladə Hallar Nazirliyini arayaraq vəziyyət barədə məlumat verib.
Dərhal xilasedicilər, yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım stansiyası əməkdaşları hadisə yerinə yetişib.
Qapının kilidini sındıraraq içəri daxil olan xilasetmə qrupu mətbəxdə soba üzərində nəzarətsiz qalan məişət avadanlıqlarının yanğın təhlükəsinə səbəb olduğunun şahidi olub.
Yanğının qarşısı alınıb. Eyni zamanda içəridə tək yaşayan və içkili vəziyyətdə tüstüdən zəhərlənən 1978-ci il təvəllüdlü Məmmədov Xəqani Xəlil oğlunu aşkar edərək təhlükəsiz əraziyə çıxarıblar.
İlkin tibbi müdaxilə göstərilən tüstüdən zəhərlənən şəxs özünə gələr-gəlməz tibbi yardımdan da imtina edib. Faktla bağlı araşdlrma aparlır.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 02.08.2022
İçkili kişi Mingəçevirdə aləmi bir-birinə qatdı – ÖLÜMDƏN DÖNDÜ
Hazırda oxunan: İçkili kişi Mingəçevirdə aləmi bir-birinə qatdı – ÖLÜMDƏN DÖNDÜ
Hazırda oxunan: İçkili kişi Mingəçevirdə aləmi bir-birinə qatdı – ÖLÜMDƏN DÖNDÜ
86554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.