Ombudsmanın nümayəndələri yaralı komandiri ziyarət etdilər

Hazırda oxunan: Ombudsmanın nümayəndələri yaralı komandiri ziyarət etdilər

86542

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Bizim.Media Ombudsman Aparatına istinadən xəbər verir ki, yaralı hərbçiyə Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. 

Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

V.İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin