Bakı-Quba yolunun115-ci km-də, Siyəzən rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında sürücünün kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, Bakı sakini, 73 yaşlı Qladçenko Vitali Vladimiroviç idarə etdiyi "Hyundai Santa FE" markalı avtomobillə Quba istiqamətinə gedərkən idarəetmənin itməsi nəticəsində avtomaşını aşırıb.
Nəticədə sürücünün həyat yoldaşı, 70 yaşlı Qladçenko Anna Vasilyevna hadisə yerində, sərnişini 67 yaşlı Nüşabə Həsən qızı Sultanova isə Şabran rayon mərkəzi xəstəxanasında ölüb.
Sürücü 71 yaşlı Qladçenko Vitali Vladimiroviç, sərnişinlər, Bakı sakinləri - 48 yaşlı Səbinə və 18 yaşlı qızı Ayan Qasımovalar isə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Dəhşətli qəza faktını Baş DövlətYol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır, şöbədə cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:49 / 01.08.2022
Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var
Hazırda oxunan: Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var
Hazırda oxunan: Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var
86504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.