Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 min 500 manat pulunu ələ keçirib.
O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb. M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:56 / 01.08.2022
Bakıda dələduzluq edən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Bakıda dələduzluq edən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Bakıda dələduzluq edən şəxs məhkəmə zalında həbs edildi
86494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.