Mingəçevir şəhərində yerləşən Ana Dili abidəsi Azərbaycanda dilimizin şərəfinə ucaldılmış ilk abidə kimi tarixə düşüb.
Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov abidənin tarixi və önəmi barədə Bizim.Media-ya danışıb.
O, abidəni dilimizə bəslənilən hüdudsuz sevginin təzahürü adlandırıb:
“2002-ci ildə memar Elman Lələyevin əsəri olaraq dövlət tərəfindən inşa olunaraq ziyarətçilərin ixtiyarına verilən bu möhtəşəm abidənin fotolorı illərdir ki, dərslik kitablarının üz qabığını bəzəyir. O, şəhərin qonaqlarının sevimli ziyarət ünvanlarından biri olmaqla yanaşı, həm də gənc nəslin vətənpərpər duyğularının möhkəmləndurilməsinə xidmət edən bir dəyərli nümunədir. Hər kəs bilməlidir ki, Ana Dili abidəsi dünyaya Qobustan və Gəmiqaya kimi qədim təsviri nümunələri bəxş etmiş bir böyük xalqın simvolidur".
Qeyd edək ki, tanınmış filoloq Namaz Manafov həm də alman dilinin bilicisidir. O, avqust ayının 15-20-də Avstriyada Vyana Dövlət Universitetində keçirilməsi nəzərdə tutulan Alman Dili qurultayında ölkəmizi təmsil edəcək iştirakçılar arasında yer alacaq.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 01.08.2022
Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO
Hazırda oxunan: Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO
Hazırda oxunan: Dərslik kitablarının üz qabığını bəzəyən Ana Dili abidəsi - FOTO
86467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.