Tovuzda 65 manata görə iki qadını öldürən yeniyetmələrin yeni cinayəti ortaya çıxıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürüb və evi yandırıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 01.08.2022
65 manata görə 2 qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ
Hazırda oxunan: 65 manata görə 2 qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ
Hazırda oxunan: 65 manata görə 2 qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ
86451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.