Məcburi köçkünlərin kvalifikasiyasına başlanıldı

Hazırda oxunan: Məcburi köçkünlərin kvalifikasiyasına başlanıldı

86448

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət TəminatI Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir.

Layihənin hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir.

Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin