Bəzi sosial şəbəkə və media səhifələrində Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavininə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Nənəsinin qətlində şübhəli bilinən gənc saxlanıldı - Baş Prokurorluq
Mənbə yazır ki, Departamentin sabiq direktor müavini Rafiq Əzizovun işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edilən məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib.
İyulun 27-də dövlət ittihamçısı tərəfindən Cinayət Məcəlləsinin 70-ci maddəsinin əsassız tətbiq edilməsi əsası ilə apellyasiya protesti verilib.
Bizim.Media