Almaniyadakı sirli azərbaycanlı oliqarx...

Hazırda oxunan: Almaniyadakı sirli azərbaycanlı oliqarx...

86411
Almaniyanın Han aeroportunda mənzillənən, “Boeing”x9d və “Airbus”x9d sərnişin təyyarələrinə, habelə “Gulfstream GV-SP”x9d özəl jetlərinə texniki xidmət göstərən və onların əsaslı təmirini həyata keçirən şirkətin sahibi Azərbaycandan olan investordur.

Bu haqda Almaniyanın “Allgemeine Zeitung”x9d qəzetində bəhs edilir.

Söhbət 2008-ci ildə yaradılan HAİTEC şirkətindən gedir. Şirkətin saytında göstərilir ki, HAİTEC Azərbaycan, Bermud adaları, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Airbus”x9d, “Boeing”x9d və “Gulfstream”x9d təyyarələrinə texniki xidmət göstərmək barədə müqavilələrə malikdir.


Şirkətin Han aeroportunda bir anqarı var, ikincisini də gələn il açmağa hazırlaşır. 2014-cü ildə HAİTEC 30 milyon avro məbləğində üçillik investisiya proqramı elan edib.

“Allgemeine Zeitung”x9d qəzetinin yazdığına görə, HAİTEC şirkətinin builki dövriyyəsinin 20 milyon avro olacağı gözlənilir. Şirkətin 302 əməkdaşı var. Hazırda şirkətin nəhəng anqarında Səudiyyə Ərəbistanı aviaşirkətinə məxsus “Airbus”x9d təmirə dayanıb. Habelə “Boeing 747”x9d yük təyyarəsinin içində təmir işləri görülür. Şirkətin icraçı direktoru Frank Pottdur.

F.Rott fəxrlə deyir ki, dünyanın hər yerindən aviaşirkətlər öz təyyarələrini texniki xidmət üçün HAİTEC-in anqarında qoyurlar. HAİTEC daha bir anqar açmağa və əlavə 200 işçi götürməyə hazırlaşır.


Han aeroportunda hərbi-hava qüvvələrinin keçmiş bazası yerləşib. İndi isə HAİTEC-in investisiyaları sayəsində aeroport “seksual”x9d görkəm alıb. Şirkət Almaniya Hərbi-Hava Qüvvələrinin A400M hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərmək üçün müraciət etməyə də hazırlaşır.

HAİTEC şirkətinin hansı azərbaycanlı investora məxsus olduğunu dəqiqləşdirmək üçün araşdırmalarımızı davam etdirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin