Xaçmazda Vətən Müharibəsi qazisi Zeynal Məmmədovun toy mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, toy mərasimində qazinin ailə üzvləri, doğmaları ilə yanaşı şəhid ailələrinin nümayəndələri, qazilər, keçmiş döyüşçülər və rayon rəhbərliyi də iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xaçmaz RİH başçısı Elnur Rzayev qazinin toy mərasimində çıxış edərək ona gələcək ailə həyatında xoşbəxtlik arzulayıb, xoş arzularını çatdırıb.
Onun 44 günlük Vətən Müharibəsində göstərdiyi döyüş şücaətindən danışaraq Zeynalın öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kumi, yaxşı ailə başçısı da olacağını deyib.
Toy şənliyi əsl el şənliyi kimi keçib. Rayon rəhbəri Elnur Rzayev qazilərlə və bəylə rəqs edib.
Qeyd edək ki, Zeynal Məmmədov Vətən Müharibəsində Daxili Qoşunların çavuşu kimi xidmət edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən Zeynal Məmmədov hazırda mühafizə polisi sistemində çalışır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 31.07.2022
3 medalı olan qazi evləndi - FOTO
Hazırda oxunan: 3 medalı olan qazi evləndi - FOTO
Hazırda oxunan: 3 medalı olan qazi evləndi - FOTO
86376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.