Bakıda toz dumanInın müşahidə olunması ilə əlaqədar olaraq bizim avtomat stansiyalarımız bu gündən etibarən fəaliyyətə başlayıb.
Bunu Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva söyləyib.
5 ədəd avtomat monitorinq stansiyası quraşdırılııb. Bu stansiyaların 3-ü Bakı şəhərində, 1-i Sumqayıt, 1 isə Gəncədə yerləşdirilib:
“Həmin bu stansiyanın məlumatları avtomotik olaraq mərkəzə daxil olur. Bizdə buna əsasən toz dumanının miqdarı Bakı şəhərində 1,5 dəfə çox olduğunu qeydə aldıq. Bu dünənki məlumatdır. Bugün ərzində cənub küləyi əsib. Ayın 15-i havada tozun miqdarı bir qədər çox olub".
"Artıq sabahdan küləyin istiqamtinin dəyişməsini gözləyirik. Şimal-qərb küləyi ilə əvəz olunacaq. Yavaş-yavaş tozun miqdarı azalacaq. Bundan sonrakı dövrdə isə yanvar ayının 19-da hava yağıntılı olacağı gözlənilir”.
Gülşanə Mustafayeva, Bizim.Media