“Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır” - DİN

Hazırda oxunan: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır” - DİN

86311

“Bəzi saytlarda ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların tıxacda qalması ilə bağlı əsası olmayan xəbərlər dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb".

Bizim.Media xəbər verir ki, bu informasiyanı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov yayıb.

“Bu, tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol birtərəfli olmaqla bərabər, sərt dolanbac və yoxuşludur. Həmin səbəblərdən ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir.

Əlavə olaraq vurğulayım ki, dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb oldu, lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin edib.

Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə də inzibati xarakterli hüquqpozma qeyd alınıb, bununla yanaşı, hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib”, - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin