Lotu Qulinin qətlinin sifarişçiləri Türkiyədə həbs olundular

Hazırda oxunan: Lotu Qulinin qətlinin sifarişçiləri Türkiyədə həbs olundular

8631

Türkiyənin İstanbul şəhərində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlində şübhəli bilinən Əli Mövlanlı və Rəsul Həsənov həbs olunublar.

Bizim.Media-nın lenta.ru-ya istinadən xəbər verir ki, qətlin sifarişçiləri Ukraynaya uçmaq istərkən aeroportda yaxalanıblar.

Türkiyə polisinin məlumatına görə, Ə.Mövlanlı ilə R.Həsənov Lotu Quli aradan götürələndən bir neçə gün əvvəl qətli həyata keçirən Xəqani Zeynalovla (Xan Bakinski) görüşüblər. Amma Xan Bakinski qətlin sifarişçilərinin adlarını deməkdən imtina edərək, Lotu Qulini şəxsi zəmində öldürdüyünü deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib?


Həbs edilənlər Lotu Qulinin “fətvası” ilə 2016-cı ildə qətlə yetirilən digər məşhur azərbaycanlı qanuni oğru Rövşən Lənkəransinin klanının üzvləridir.

İsitintaq müəyyən edib ki, Lotu Qulinin qətlini Lənkəranskinin qohumları maliyyələşdirsələr də, əsas təşkilatçı onun əmri ilə 2017-ci ildə qulağı kəsilərək ağır təhqirə məruz qalan Rafiq Eyvazovdur. 

Qeyd edək ki, Lotu Quli kimi post sovet məkanında məşhur olan “qanuni oğru” Nadir Səlifov keçən ilin avqust ayında Antalyada qaldığı oteldə güllələnərək qətlə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin