Ötən həftə Rusiyanın separatçı Cənubi Osetiyadakı hərbi qüvvələri səssiz-səmirsiz Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləyərək, Bakı-Supsa neft kəmərinin bir hissəsini nəzarət altına alıb.
Eyni zamanda Azərbaycanla Türkiyəni birləşdirən quru yolunun bir hissəsi - yeni çəkilməkdə olan Tiflis-Poti magistralı da rusların faktiki nəzarətinə keçib.
Moskva niyə bu addıma getdi? Rusiyanın 2008-ci ildə razılaşdırılmış təmas xəttini pozaraq. Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləməsi nədən xəbər verir?
Virtualaz.org saytı xəbər verir ki, bu hadisə haqda tanınmış polşalı sovetoloq və publisist Anjey Lomanovski fronda.pl portalına müsahibə verib.
Anjey Lomanovski deyir ki, rusların məqsədi Gürcüstan ərazisindən keçən neft-qaz kəmərlərini, yəni Azərbaycan və Orta Asiyanın enerjidaşıyıcılarını Rusiyadan yan keçməklə Aralıq dənizi sahilinə çatdıran dəhlizi ələ keçirməkdir.

Anjey Lomanovski
“Gürcüstandan keçən boru kəmərləri həmişə Kremlin gözündə ağ ləkə olub: axı bunlar postsovet məkanında Moskvanın idarə etmədiyi yeganə kəmərlərdir. Gürcüstan ərazilərindən Türkiyəyə gedən boru kəmərləri Xəzər regionundan enerji resurslarını Moskvanın nəzarəti olmadan bazarlara çıxarmağa imkan verir. Bu, Azərbaycana və nisbətən az miqyasda Türkmənistana aiddir. Həmin kəmərlərin sayəsində Orta Asiya Rusiyanın nəzarətindən yayımır: Moskva ilə razılaşmamaq olar, “Qazprom”x9ddan və ya “Rosneft”x9ddən , Kremlin kefinin necə olmasından asılılıq hiss etməmək olar və Aralıq dənizi istiqamətində xammalın nəqli üçün normal kontraktlar bağlamaq mümkündür”x9d - deyə A.Lomanovski bildirib.
Polşalı sovetoloq deyir ki, bu boru kəmərləri meydana çıxandan etibarən ruslar bütün gücləri ilə onları məhv etməyə çalışır. Çünki bunlar Amerika, qərb investisiyasıdır, bu kəmərlər ətrafında daim gərginlik saxlanılır.

“Bundan əlavə həmin kəmərlərin sayəsində Gürcüstan öz hərəkətlərində müstəqilliyini qoruya bilir. 2008-ci ilin avqust müharibəsində ruslar kəmərləri bombalamışdı, həmin vaxtda Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinin Türkiyədən keçən hissəsini də havaya uçurmuşdular. Kürd partizanlarının əli ilə.
Yeri gəlmişkən, kürd partizanları yarım əsrdən çoxdur Moskva ilə əməkdaşlıq edir, onlardan pul alır. Bütün bunlar onu göstərir ki, həmin kəmərlər Moskvanı necə səfərbər edir. Axı kəmərlər onun enerji resurslarının ticarətində monopoliyasını aradan qaldırır, Kremlə rahat yatmağa imkan vermir. Ona görə də ruslar ağlasığmaz dərəcədə əmək, diplomatiya, qan və hərbi güc tətbiq edirlər ki, bu kəmərlər üzərində nəzarəti ələ alsınlar, yaxud onları məhv etsinlər”x9d - Lomanovski bildirib.

Ekspert deyir ki, rusların niyə məhz indi bu addıma getdiyini bilmir. Ancaq Zbiqnev Bzejinskinin dəqiq ifadə etdiyi kimi, ruslar həmişə bütün dünya məkanında oynayırlar, şahmat taxtasında olduğu kimi: “Ola bilsin bu, Amerika-İran razılaşmasına cavabdır. Razılaşma sayəsində neft ucuzlaşacaq, bu isə Rusiya büdcəsinə mənfi təsir edəcək. Ola bilsin Moskva bununla Gürcüstana mesaj vermək istəyir ki, əgər amerikalılar orada olsa, biz da burada olacağıq”x9d.
A.Lomanovskinin fikrincə, rusların Gürcüstanın içərilərinə doğru irəliləməsinə sərt beynəlxalq reaksiya olmayacaq, ancaq xalça altından əsib-coşacaqlar.
“Uinston Çörçill Kremldəki mübarizəni təsvir edərək deyirdi ki, bu, buldoqların xalça altındakı savaşıdır. Kremllə oyun da belə qarşıdurmadır. Tam aydın olmur ki, kim üstün gəlir, ancaq vaxtaşırı olaraq xalçanın altından cəsəd çıxır. Yəqin ki, hansısa zənglər başlayıb, görüşmək haqda tələsik razılaşma və s. Əgər Saakaşvili prezident olsaydı, situasiya tamam ayrı cür olardı. Fikrimcə, gürcü ordusu artıq ruslara atəş açmışdı. Saakaşvilidə dərin, özü də ədalətli əminlik var idi ki, Moskva imperialistləri ancaq güc qarşısında geri çəkilir”x9d- Anjey Lomanovski deyib.
Polyak politoloqun sözlərinə görə, Gürcüstanda hakimiyyətə ruslarla mübahisə etmək istəməyən qüvvələr gəlib. Bu komanda hesab edir ki, Rusiya böyük dövlətdir, onunla ticarət etmək, pendir, şərab satmaq lazımdır. Mübahisə isə təhlükəlidir...

































































































