Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.
Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”, - qurumdan bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 30.07.2022
Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Hazırda oxunan: Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Hazırda oxunan: Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
86236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.