Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mərkəzin 2022-ci tədris ili üçün Hazırlıq planına müvafiq olaraq 7 nömrəli Regional Sukanal idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məşqdə FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları və 7 nömrəli Regional Sukanal İdarəsinin rəhbər heyəti, Mülki müdafiə qərargahının rəhbərliyi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib. Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 30.07.2022
FHN mülki müdafiə məşqi keçirib - FOTO
Hazırda oxunan: FHN mülki müdafiə məşqi keçirib - FOTO
Hazırda oxunan: FHN mülki müdafiə məşqi keçirib - FOTO
86232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.