“İstənilən vaxt qadın məsləhətxanalarına gedin, bətnindəki qız uşağını məhv etmək istəyən kifayət qədər qadın görəcəksiniz. Onlar heç yerdə qeydiyyatdan keçmir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər tanınmış pediatr Vaqif Qarayevə məxsusdur.
Həkim Azərbaycanda 100 qıza 115 oğlanın düşməsi ilə bağlı verilən statistikaya şübhə ilə yanaşıb:
“Bu rəsmi statistik rəqəm haradan götürülür, bilmirəm. Bilinən odur ki, bizdə qız uşaqlarını sevmirlər. Yəqin Statistika Komitəsi də bunu bilir. Ümumiyyətlə, Qafqaz xalqlarında oğlan uşağı aşiqliyi var. Başqa xalqlarda var, bilmirəm. Düşmən çəpəridi oğul, öləndə tabutumu yerdən götürəcək. Bunlar mənasız şeylərdi. Amma "vətəni qorumağa əsgər lazımdı" deyənlər də düz deyir. Buna görə qızları öldürməkmi lazımdı?”- deyə həkim etiraz edib.
Qeyd edək ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 30.07.2022
“Bətnindəki qızı məhv etmək istəyən kifayət qədər qadın var” - HƏKİM
Hazırda oxunan: “Bətnindəki qızı məhv etmək istəyən kifayət qədər qadın var” - HƏKİM
Hazırda oxunan: “Bətnindəki qızı məhv etmək istəyən kifayət qədər qadın var” - HƏKİM
86227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.