Xəbər verdiyimiz kimi, 2 gün öncə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəniz sahilində 2 nəfər, Nicat Allahverdiyev və Sübhan Zöhrabov balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Bizim.Media xəbər verir ki, qəsəbənin Mayak adlanan ərazisində baş verən hadisə zamanı batanlardan birinin - Nicat Allahverdiyevin meyiti aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
MÖVZU İLƏ BAĞLI:
Lökbatanda balıq tutan 2 nəfər dənizdə batdı – Axtarışlar davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən Sübhan Zöhrabovun axtarışları davam etdirilir.
Bizim.Media