Ermənistanı tərk edənlərin sayı sürətlə artır – Real STATİSTİKA

Hazırda oxunan: Ermənistanı tərk edənlərin sayı sürətlə artır – Real STATİSTİKA

86179

Pandemiyadan sonra Ermənistan əhalisi arasında miqrasiya prosesi yenidən sürət alıb. Ağır iqtisadi böhran bu ölkənin əhalisini kütləvi şəkildə köç etməyə vadar edir. 

Dünya Bankının təqdim etdiyi son məlumatlara görə, Ermənistanın hazırkı əhalisi 2022-ci ilin əvvəlində 2,961 milyon nəfər olub. Bu 1991-ci illə müqayisədə 664 min nəfər azalma deməkdir.

Onun da 1,012 milyonu ilin əksər hissəsini faktiki olaraq mühacirətdə keçirib, bu da bütün əhalinin 31 faizi deməkdir.

BMT Əhali Fondunun icraçı nümayəndəsi Sovinar Hartunyan Ermənistanın artıq demoqrafik böhran həddinə çatdığını və tədricən depopulyasiyaya(tükənməyə) doğru getdiyini bildirib. 1990-cı illər nəslinin 25 faizindən çoxu artıq ölkəni tərk edib. 2021-ci il məlumatına görə ölkəni tərk edənlərin sayı geri qayıdanlara nisbətən 103 min nəfər çox olub. Bu da Ermənistan əhalisinin 3 faizi deməkdir. Gedənlərin də əsas hissəsi, 64 mini 2021-ci ilin birinci rübündə gedib.
 

Ermənistanın Statistika Komitəsinin yaydığı məlumatda isə bildirilir ki, 2022-ci ildə pandemiya ilə bağlı qadağalır götürüldükdən sonra, ölkəni tərk etmiş 2 nəfərdən biri artıq geri qayıtmır. Bu il üzrə bu rəqəm əlavə olaraq 184 min nəfəri keçib. 


Qeyri-rəsmi mənbələrin yaydığı məlumatda isə bildirilir ki, hazırda Ermənistanda yaşayan daimi əhalinin sayı maksimum 1 milyon 750 min nəfər civarındadır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin