Bakıda qətl və xuliqanlıq edən üç qardaş hakim qarşısında

Hazırda oxunan: Bakıda qətl və xuliqanlıq edən üç qardaş hakim qarşısında

86178

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Rahib Lətifov, xuliqanlıqda ittiham olunan Qorxmaz Lətifov və Ramil Lətfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, cinayət işi üzrə metarial baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

Qeyd edək ki, ötən ilin noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər. 

Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin