Bakıda nənəsini öldürən nəvənin məhkəməsi başlayır

Hazırda oxunan: Bakıda nənəsini öldürən nəvənin məhkəməsi başlayır

86177

Bakının Suraxanı rayonunda nənəsini qətlə yetirməkdə ittiham olunan 23 yaşlı Murad İmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, cinayət işi üzrə metarial baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. Qeyd edək ki, hadisə bu ilin aprelin 11-də baş verib. 

Paytaxt sakini, 69 yaşlı Natalya Popova nəvəsi Murad İmanov ilə mübahisə edib. Mübahisə zamanı nəvə nənəsinin boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.
İstintaq orqanı tərəfindən 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin