Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara “SOCAR” və “AzerGold” adından investisiya layihəsinin həyata keçirilməsi barədə mesajlar göndərilir.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, onlardan layihədə iştirak etmək üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatlar istənilir. Nəticədə həmin məlumatları təqdim edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.
Bununla əlaqədar Elektron Təhlükəsizlik Xidməti vətəndaşları maksimum diqqətli olmağa çağırır.
Belə ki, hər hansı qurum adından bu kimi investisiya layihələri və ya cəlbedici kampaniyalar barədə məlumat aldıqda, fərdi məlumatlarını təqdim etmədən və qeyd olunan keçidə daxil olmadan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya rəsmi internet informasiya ehtiyatına daxil olaraq məlumatın düzgünlüyünü yoxlamaq tövsiyə edilir.
Həmçinin, vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə “1654” qaynar xətti, yaxud www.cert.az internet informasiya ehtiyatı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:25 / 30.07.2022
Saxta investisiya layihələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Hazırda oxunan: Saxta investisiya layihələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Hazırda oxunan: Saxta investisiya layihələri ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
86166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.