Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı - FOTO

Hazırda oxunan: Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı - FOTO

86164

İyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.

Bizim.Media xəbər verir ki, tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı bu mötəbər qurumun tarixinə düşüb.

Təşkilatın mənzil-qərargahı Bakıda yerləşəcək. Bununla yanaşı, üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis olunacaq. Təşkilata sədrlik qarşıdan gələn üç il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.

Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. 

Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
Xatırladaq ki, Qoşulmama Hərəkatı 4 qitədən 120 ölkəni sıralarında birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Azərbaycanın Hərəkata sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə bu müddət daha bir il uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin