Nazir: "İnstitutlarda alimlərin ixtisarı nəzərdə tutulmur"

Hazırda oxunan: Nazir: "İnstitutlarda alimlərin ixtisarı nəzərdə tutulmur"

86157

“Elmlə bağlı danışanda yaş faktoru çox qabardılır. Mən şəxsən, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm. Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

"İnstitutlarda çalışan alimlərin ixtisarı qətiyyən nəzərdə tutulmur. Qarşıya qoyulmuş məqsəd ixtisar etmək, yaxud da kimisə işdən çıxarmaq deyil. Qarşıya qoyulan məqsəd ölkəmizin hazırkı gəlib çatdığı dönəmdə növbəti mərhələyə baxış çox önəmlidir. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.Ona görə hər hansı ixtisarlar planlaşdırılmır və yəqin ki bu baş verməyəcək”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin