Millət vəkili Qənirə Paşayeva, Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N”x9d saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.
Moderator.az-a daxil olan məlumata görə, Ramazan ayının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır.
Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər.
Azərbaycan əsgərinin formasını geyinən Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan “bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam, onun bir əsgəriyəm və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuram”x9d deyib və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətirib.


































































































