Bakıda arvadını öldürüb, qaynı və qaynanasını bıçaqlayan şəxsə 20 il cəza verildi

Hazırda oxunan: Bakıda arvadını öldürüb, qaynı və qaynanasını bıçaqlayan şəxsə 20 il cəza verildi

86124

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qaynı və qaynanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı B.Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. 

Daha sonra hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 20 il azadlıqdan məhrum edilib. 

İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qaynanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin