“İt səni dişləyər” deyib uşaqlarımızı heyvanlara qarşı aqressiv böyüdürük” – Psixoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “İt səni dişləyər” deyib uşaqlarımızı heyvanlara qarşı aqressiv böyüdürük” – Psixoloqdan XƏBƏRDARLIQ

86122

Son zamanlarda heyvanlara qarşı aqressiv davranışların sərgilənməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılır. Kimisi həyətinə girən tülkünü vəhşicəsinə öldürməyə, kimisi isə iti maşınının arxasına bağlayaraq işgəncələr verməyə və onu görüntülərə alaraq böyük məharət kimi sosial şəbəkələrdə paylaşım etməyə başlayıb. Lakin arzuolunmaz bu hadisə cəmiyyətdə xoşagəlməz tendensiyaların yaranmasına, şiddətin normal hala gətirilməsi ilə nəticələnə bilər.

Psixoloq Gülnar Orucova Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında bildirir ki, başverənlər, ümumiyyətlə heyvana işgəncənin göstərilməsi insanın öz daxilində yatan aqressiyası ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

“Vaxtım yoxdur” deyən VALİDEYNLƏR uşaqlarının gələcəyini məhv edir - PSİXOLOQ 


“Tutaq ki, şəxs öz problemləri haqqında kiminləsə danışa bilmir. Bu onun içində böyük aqressiya yaradır və özünü idarə edə bilmir.

Nəticədə əsəbini başqa şeylərdən-özündən çox zəif olan, gücünü göstərə biləcəyi şeylərdən (insan, heyvan) çıxır. Həmçinin bu aqressiya uşaqlıqda alınan travmalarla birbaşa əlaqəlidir. Xüsusilə valideynləri tərəfindən şiddət görən uşaqlıqda zorakılıq əlamətləri daha açıq şəkildə özünü göstərir. Həmçinin uşaqlara kiçik yaşlarından heyvanlara qarşı qorxu aşılanır. "İt səni dişləyər", "Pişik səni cırmaqlayar" kimi cümlələrlə psixologiyasına təsir göstərilir və onlara qarşı nifrət yaradılır.

Heyvanların üzərinə daş atmağı, onları incitməyi, vurmağı zövq kimi göstərirlər bu da şüuraltında iz buraxır.

Nəticədə çata bilmədiklərin acığını istəkləri, arzuları, onları neqativə kökləyən amilləri, aqressiv edən səbəbləri özlərindən gücsüz varlıqlardan çıxarırlar”, - deyə qeyd edən G.Orucova insanın təməldən sevgi ilə böyüdülməsinin, tərbiyə metodlarının düzgün şəkildə qurulmasının vacibliyini diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin